Jurnal kompüterinizdə və telefonunuzda
Proqram saytın özüdür, sadəcə ayrıca pəncərədə açılır: eyni istifadəçi adı və parol, eyni məlumatlar. Saytda nə yenilənsə, proqramda dərhal görünür.
Windows 10 / 11
- Ayrıca pəncərə — ünvan sətri və brauzer nişanları olmadan
- Özü yenilənir; hər versiya rəqəmsal imzalıdır
- Saatın yanında ikon: mesajlar, elanlar, jurnal bir kliklə
- Müəllimlər otağı üçün tam ekran rejimi
- Administrator icazəsi tələb etmir
Məktəb kompüterlərinə toplu quraşdırma
Sual vermədən quraşdırmaq üçün: Idrak-Jurnal-Setup.exe /silent
Əlavə seçimlər: /autostart — kompüter açılanda başlasın, /nodesktop — masaüstü ikonu olmasın.
Telefon və planşet
- Android: Chrome ilə saytı açın → ⋮ menyu → «Proqramı quraşdır» və ya «Əsas ekrana əlavə et».
- iPhone / iPad: Safari ilə saytı açın → Paylaş düyməsi → «Əsas ekrana əlavə et».
